Bakıda homoseksualla cinsi əlaqədə olub, sonra onu döydülər

25-04-2015, 10:30   


Bakıda 2 oğlan homoseksualla cinsi əlaqədə olduqdan sonra onu döyüb.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Buzovna qəsəbəsində baş verib.

Maştağa sakini 1972-ci il təvəllüdlü Vasif Şükürov ( ad, soyad şərtidir) iki oğlanla tanış olub. Sonra onlar V.Şükürovun qohumunun Buzovna qəsəbəsində yerləşən evinə gediblər.

Evdə V.Şükürov öz istəyi ilə həmin adamlarla qeyri-təbii yolla cinsi əlaqədə olub. Naməluş şəxslər sonda V.Şükürovu döyüb, onun noutbukunu, planşetini və 2 mobil telefonunu götürüb gediblər.

Xəzər RPİ-dən “Qafqazinfo”ya bildirilib ki, hadisəni törədən şəxslərin kimliyi müəyyən olunub. Onların saxlanılması üçün əməliyyat tədbirləri keçirilir.

Orxan

“Qafqazinfo”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar