"Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyətləri Koalisiyası yaradıldı

25-04-2015, 19:42   


Azərbaycanda "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyətləri Koalisiyası yaradılıb.
Vətəninfo.az- xəbər verir ki,Bu gün Beynəlxalq Mətbuat Mərkəzində ölkənin aparıcı media və QHT rəhbərlərinin birgə iştitrakı ilə "Birinci Avropa Oyunlarına Dəstək: Vətəndaş Cəmiyyətinin Hədəfləri və Missiyamız" mövzusunda tədbir keçirilib.
Tədbiri Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov açıb. O, tədbir iştirakçılarına tədbirin məqsədləri və vətəndaş cəmiyyətinin hədəfləri ilə bağlı məlumat verib və bildirib ki, Birinci Avropa Oyunlarına dəstək olaraq, ölkənin aparıcı media və QHT-lərindən koalisiya yaradılması təşəbbüsləri vardır. Hesab edirik ki, vətəndaş cəmiyyəti bu oyunların uğurla keçirilməsində yaxından iştirak etməlidir.

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri, jurnalist Rəfail Becanov "Birinci Avropa Oyunları: Vətəndaş Cəmiyyətinin məqsəd və vəzifələri" mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, bu oyunlar olduqca əhəmiyyətlidir və vətəndaş cəmiyyətinin üzərinə də böyük vəzifələr düşür. Ona görə də hesab edirik ki, istər media, istər QHT-lər öz fəaliyyətlərini kordinasiya etməli və bu istiqamətdə birgə fəaliyyət görsətməlidir.



Daha sonra "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "Birinci Avropa Oyunları: ölkəmizi tanıtma imkanları" mövzusunda məruzə ilə çıxış edib. O, bu istiqamətdə mətbuatın görəcəyi işlərdən danışıb.

Millət vəkilləri Çingiz Qənizadə, Aqil Abbas, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, "İki sahil"qəzetinin baş redaktoru Vuqar Rəhimzadə, "İctimai Problemlərin Tədqiqi Assosiasının" sədri Məhərrəm Zülfüqarlı, APA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, " Bizim Nəsil" Gənclərin Regional İnkişaf Mərkəzinin sədri Nurəddin Mehdiyev, Qarabağ Müharibəsi Veteranları, Əlliləri və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, "Els" Müstəqil Araşdırmalar İctimai Birliyin sədri İradə Yaqubova, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev,Vətəninfo.az İnformasiya Agentliyinin baş redaktoru Nahid Canbaxışlı,"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, " Gündəlik teleqraf" qəzetinin baş redaktoru Aynur Camalqızı, "Vətəndaş Cəmiyyəti "jurnalının baş redaktoru Səfər Alışarlı, "Tərəqqi" Sosial -İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri İndira Şəmsivari, "Zəngin Azərbaycan Uğrunda" İctimai Birliyinin sədri İradə Əliyeva, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyin sədri Fikrət Yusifov, "strategiya.az" saytının baş redaktoru İsmayıl Qasımov, "Bələdiyyələrin İnkişafına Yardım" İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı, "QHT rəhbərləri Faiq İsmayilov, QHT rəhbərləri Mehriban Abdullayeva, Təhmasib Novruzov, "Bakuinfo.az" saytının redaktoru Əvəz Qurbanlı çıxış ediblər.


"Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyətləri Koalisiyası yaradıldı

QHT və media rəhbərlərinin birgə təşəbbüsü ilə "Bakı - 2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalissiyası yaradılıb.

Koalissiyanın bəyanatı qəbul edilib, Rufiz Qonaqov və Aydın Quliyev koalisiyanın koordinatorları seçiliblər.
Bəyanatda deyilir ki, koalisiyanın əsas məqsədi Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə ictimai dəstəyin təmin edilməsindən ibarətdir. Koalisiya konfranslar, simpoziumlar, sərgilər, yarışlardan əvvəl yerli və beynəlxalq təşkilatların iştirakı ilə forumlar təşkil edəcək, mediada və sosial şəbəkələrdə müvafiq təbliğat işi aparacaq.
“Azərbaycanda fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatlarını və media qurumlarını bizimlə əməkdaşlığa dəvət edir, bu möhtəşəm tədbirin layiqincə keçirilməsi üçün qüvvə və bacarığını əsirgəməməyə çağırırıq”-deyə bəyanatda vurğulanır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar