Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov Vladimir Putin haqqında çəkilmiş “Prezident” filmində maraqlı fikirlər səsləndirib.
Axar.az xəbər verir ki, İvanov açıqlamasında prezident Vladimir Putinin Rusiya Strateji Nüvə Qüvvələrinin 2001-ci ilin sentyabrın 12-nə planlaşdırılan təlimini ABŞ-dakı 11 sentyabr terror hadisələri səbəbindən təxirə saldığını deyib.
“Prezident zəng etdi və mənim təklifimi soruşdu. Mən isə belə cavab verdim: “Mənim bir təklifim var. Biz sentyabrın 12-də Strateji Nüvə Qüvvələrimizin təlimini keçirəcəyik. Qərar sizindir, amma mən fikirləşirəm ki, bu təlimləri dayandırmaq lazımdır”, - İvanov bildirib.
İvanovun sözlərinə görə, Putin də onun təklifini qəbul edərək, “Belə bir vaxtda amerikalıları əsəbləşdirmək lazım deyil” deyib.