"Rəqqasə Fatimə restoranlarda stolları gəzirdi"

14-05-2014, 13:33   
"Rəqqasə Fatimə restoranlarda stolları gəzirdi"
Rəqqasə Oksanadan odlu-alovlu açıqlama.
Bu gün “Günaydın” verilişinin mövzusu rəqqas və rəqqasələrə həsr edilib. Vüsalə Kərimovanın təqdimatında yayımlanan verilişə qonaq qismində Oksana Rəsulova da təşrif buyurub. O, toylara və şou-proqramlara getməməsinin əsl səbəbini açıqlayıb:

“Toylara getməyi mən özümə uyğun saymırdım. Çünki mən fikirləşirdimki, şou-proqramlar çoxdur, oradan çıxıb o birinə gedəcəm, o birindən çıxıb başqa bir restorana gedəcəm. Gör hər dəfə mənim rəqsimin keyfiyyəti necə itəcək. Mən ona görə də fikirləşirdim ki, heç vaxt toylara getmərəm. Rəqsimi alçaltmaram ki, gedib restoranda oynayım və kişilər mənə pis gözlə baxsınlar. Düşündüm ki, hal-hazırda şou-proqramlara ümumiyyətcə getmirəm. Bir neçə ay bundan öncə bir restorandan işləmək üçün təklif olunub. Toylardan da təkliflər çoxdur, amma hamısını qəbul etmirəm. Mən toyda rəqs edənə baxmıram, amma bizdə o qədər vulqar rəqqasələr var. Bizdə oriental rəqsləri çox vulqar təqdim edirlər. Rəqqasələr stollara yaxınlaşıb pul yığmaqla bu sənəti daha da ucuzlaşdırırlar”.

Xalq artisti Kamil Dadaşovun rəqqasə Fatimə haqqında etdiyi bu açıqlamalar isə hər kəsi təccübləndirib:

“Rəqqasə Fatimə restoranlarda stolları gəzirdi. Mən onu tənqid edib narazıçılığımı da bildirdim. Onun rəqsi, plastikası çox gözəldir. Amma sənətini restoranlarda stolların qabağında oynamaqla gözdən salır. Restoranlarda oynamaq olar, sən bunu elə təqdim etməlisən ki, bu sənətə yuxarıdan-aşağı baxmasınlar. Rəşid Behbudov adına Mahnı Teatrında mənim quruluşumla 11 rəqs oynadı. O vaxt ona dedim ki, bir rəqqasə kimi sevilmək istəyirsənsə, stollardan uzaqlaşmalısan”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.