Həftəsonu Nepalda baş verən zəlzələnin videosu yayılıb. ANS PRESS-in məlumatına görə, zəlzələ anını türk turistlər lentə ala biliblər.
Məlumata görə, məbədlərin olduğu bir ərazidə kafedə dincələn Dinçer Yazıcı və Sibel Yazıcı Nepala 14 günlük səfər ediblər. Onlar son günlərini məbədlər olan ərazidə gəzərək keçiriblər. Yorğunluqlarını almaq üçün isə kafelədən birində otuaraq ətrafdakı mənzərəki kameraya almağa başlayıblar.
Bu zaman təkanlar başalayıb. Bir anda göz üzü quşlarla dolub, hər tərəf toz-dumana qərq olub.
"Məbədlər aşdılar. Ətraf meyitlə dolu idi. Qorxudan otelə də girə bilmədik. Soyuq havada küçədə qalmağa məcbur olduq".
Zəlzələ anını əks etdirən videolarda şəhərin beşik kimi yelləndiyi açıq-aşkar görünür.
Xatırladaq ki, zəlzələ nəticəsində ən son məlumata görə, 3218 nəfər ölüb, 600-dən çox yaralı var.