“Nurgün Motors”un salon rəhbəri həbs olundu - “Bandotdel”in gizli ƏMƏLİYYATI

27-04-2015, 12:03   
“Nurgün Motors”un salon rəhbəri həbs olundu - “Bandotdel”in gizli ƏMƏLİYYATI
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda avtomobil satış mərkəzləri və salonlarında gizli əməliyyat keçirib.

Əməliyyat nəticəsində 10-dan artıq şəxs tutulub. Məlumata görə, əməliyyata səbəb salonlarda keyfiyyətsiz avtomobillərin satılması, müştərilərin aldadılması ilə bağlı çoxsaylı şikayətlərin edilməsi olub.

Şikayətlər əsasən suya düşmüş, istifadəsi təhlükəli olan avtomobillərin və işlənmiş (ikinci əl) avtomobillərin yürüşünün (“probeq”) aşağı salınaraq baha qiymətə satılması ilə bağlı olub.

“Bandotdel” əməkdaşlarının əməliyyatı zamanı Babək prospektində olan bəzi avtomobil satış mərkəzlərində bu fakt təsdiqini tapıb. Məlum olub ki, avtosalonlar dələduzluq yolu ilə insanlardan xeyli pul mənimsəyirlər, onlara maddi ziyan vururlar.

Elə buna görə də, “Nurgün Motors”un bəzi salonlarının, eləcə də “Avto Line”, “Avto Qalareya”, “Avto Murad” və digər salonların rəhbərləri, eləcə də bəzi əməkdaşları saxlanılaraq “Bandotdel”ə aparılıb (AzNews.az).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar