Rusiya "super tank"ının özəlliyini açıqladı

27-04-2015, 15:54   

Rusiyanın son model tankı “Armata”nın həmçinin zirehli maşın “Bumeranq” və zirehli avtomobil “Tayfun”un texniki üstünlükləri açıqlanıb.

Avropa.info xəbər verir ki, proqramlaşdırılan tank “mərkəzləşdirilmiş şəbəkə” müharibəsi üçün nəzərdə tutulub. Belə ki, döyüşdə iştirak edəcək tanklar vahid informasiya şəbəkəsində birləşdirilir. Bu isə müharibə meydanında döyüş qabiliyyətini və rabitə əlaqəsini artırır.

Yeni sistem tankın heyətinə taktik vəziyyəti operativ qiymətləndirmək, döyüşü vahid avtomatlaşdırılmış sistemdə idarə etmək qabiliyyəti verir.

“Armata”ya pilotsuz təyyarə, radioelektron texnika ilə mübarizə, kəşfiyyat sistemi daxildir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar