Amerikalı yeniyetmə Kolin Berns kubik-rubik oyununda dünya rekorduna imza atıb.
ANS PRESS-in məlumatına görə, O 5,25 saniyə ərzində oyunun öhdəsindən gəlməyi bacarıb.
2013-cü ilin rekordu 5,55 saniyə idi. Berns rekordu Pensilvaniyada keçirilən yarışlarda qırıb. Yariş kubun Ümumdünya assosiasiyası (World Cube Association, WCA) təşkilatçılığı ilə keçirilib.
WCA nümayəndəsi Tim Reynolds bildirib ki, Berns kubik-rubik üzrə yarışlarda rekordu vurmağı bacarıb.
Reynolds qeyd edib ki, çox güman ki, Bernsin rekordu Qinnessin rekordlar Kitabına düşəcək.
2014-cü ildə Kolin Berns kubik-rubik oyunu üzrə ABŞ-ın çempionu olub.[media=https://www.youtube.com/watch?v=wgYgXEFzg5U]