Komediya ustası nazirin qarşısında soyundu (FOTO)

28-04-2015, 21:45   
Komediya ustası nazirin qarşısında soyundu (FOTO)
Fransız komediya ustası və yazıçı Sebastian Tyeri Fransa mədəniyyət naziri Fleur Pellerinin də qatıldığı bir mərasimdə səhnəyə çılpaq çıxıb.

ANS PRESS-in məlumatına görə, ölkənin ən nüfuzlu teatr mükafatlarının verildiyi "Nuit des Molieres" adlı mərasimdə çıxış etmək üçün səhnəyə çıxan 45 yaşındakı sənətçinin belə bir hərəkət etməsinin səbəbi bir neçə saniyə sonra məlum olub.

Parisdəki mərasimdə iştirak edən Cənubi Koreya əsilli nazir Pellerinə baxaraq danışmağa başlayan Tyeri çalışdığı sektorda ciddi problemlər olduğunu qeyd edib. Kostyum dizaynerləri daxil olmaqla hər kəsin işsizlik müavinətindən faydalandığını deyən sənətçi yazıçıların bu üstünlüklərdən kənarda qaldığını diqqətə çatdırıb.

"Hörmətli nazir, bu ədalətlidir? Kostyum olmadan da teatr ola bilər. Amma yazıçılar olmadan teatr olmaz. Bu ayrı seçkilikdir. Bunun səbəbi nədir? Səbəb bizim çirkin olmağımızıdır?", - deyə S.Tyeri bildirib.

Nazir isə gördüklərindən xeyli utanıb və bu etiraza gülümsəyərək münasibət bildirib.

Qeyd edək ki, Tyerinin həm yazıb, həm də rol aldığı "Deux hommes tout nus" (Tamamilə çılpaq iki adam) adlı oyun qısa müddət öncə Fransız televiziyalarında nümayiş edilib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar