ANS PRESS-in məlumatına görə, aprelin 30-da efirə gedəcək yeni bölümdə Polat Alemdar masonların qurduğu Konseyə qarşı əməliyyata başlayır.
Görüntülərdə Polat Alemdarın rus kəşfiyyatının Türkiyə üzrə məsul şəxsi Tülkü Andreylə görüşü də yer alıb. Görüşdə Polar Alemdarın iki adamını girov göturən Tülkü Andreydən Türkiyəni 12 saat ərzində tərk etmək tələb olunur.
Türkiyənin yeni baronu Fehmi Kuzuzadə isə Polad Alemdarın adamı Cahitin öldürülməsini Pusat Çakırdan istəyir. Bir-birindən maraqlı məqamları olan yeni bölüm atışma səhnələri də kifayət qədərdir.