Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələr ötən gün Yəmənin paytaxtına enmək istəyən İran təyyarəsinə mane olmaq üçün Sananın hava limanını bombalayıb.
SalamNews-un "Al Arabia"ya istinadla verdiyi xəbərə görə, bu barədə Yəməndə hərbi əməliyyatlar həyata keçirən komandanlığın təmsilçisi Əhməd əl-Useyri məlumat verib.
Onun sözlərinə əsasən, İran təyyarəsi Yəmən səmasında tətbiq edilən uçuş qadağasına əməl etməyib.
İran təyyarəsinin pilotu Behzad Sədaqət isə ölkə telekanallarından birinə verdiyi müsahibədə bildirib ki, Səudiyyə Ərəbistanının qırıcıları onun idarə etdiyi təyyarəni öz ərazilərinə istiqamətləndirmək niyyətində olublar: "Uçuşumuzun Səudiyyə Ərəbistanına olmadığını və bu ölkə səmasına girmədiyimizi bildirməyimizə baxmayaraq, onlar bizi təhdid edirdilər. Biz onlara yükümüzə yalnız Sana hava limanında baxmağı təklif etdik, onlar isə hava limanını vurdular.”
Beynəlxalq təşkilatlar Sana hava limanının vurulması səbəbilə bu ölkəyə humanitar yardımların çatdırılmasının qeyri-mümkün olacağını bildirib.
[media=https://www.youtube.com/watch?t=10&v=U66bl6aCWAw]