Yunanıstanın maliyyə naziri Yanis Varoufakis və həyat yoldaşına hücum olunub.
“Qafqazinfo” hüriyyet-ə istinadən xəbər verir ki, nazir həyat yoldaşı Danai Stratu ilə axşam yeməyi üçün yerli restoranlardan birinə gedib. Bu zaman Varoufakisə radikal solçulardan ibarət 40 nəfərlik bir qrup stəkan və şüşə qablar atmağa başlayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Maliyyə naziri və həyat yoldaşının yaralanmadığı bildirilib.
“Qafqazinfo”