Papa bu dəfə həddini aşdı

29-04-2015, 22:38   
Papa bu dəfə həddini aşdı
Papa Fransisko qadın-kişi bərabərsizliyini tənqid etmək istəyərkən Həzrəti Adəmi "pis örnək" adlandırıb.

ANS PRESS-in məlumatına görə, papa meydanda minlərlə insanı bir yerə toplayaraq ailə, evlilik, qadın-kişi bərabərsizliyindən danışıb. O, ailə həyatında baş verən böhranların çox zaman qadınların sərbəst yaşamaq arzusu ilə əlaqələndirildiyini deyir.

"Hərçənd ki, bu, doğru deyil. Bu, kişilərin hər zaman qadınların hüquqlarını məhdudlaşdırmağa çalışmalarından irəli gəlir və indi biz də Həzrəti Adəmin davrandığı kimi davranmaqla pis örnək nümayiş etdiririk. Tanrı ondan soruşur: "Niyə qadağan edilmiş meyvəni yedin?" O da "Mənə meyvəni o (Həvva) verdi" deyir. Yəni, qadının günahıdır. Yazıq qadın. Eh, biz qadınları qorumalıyıq", - deyə papa çıxışında deyib.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar