Rusiya Ukrayna ilə müharibə etməyəcək -Rəsmi açıqlama

30-04-2015, 10:03   
Rusiya Ukrayna ilə müharibə etməyəcək -Rəsmi açıqlama

“Rusiya və Ukrayna arasında müharibə olmayacaq. Biz heç bir halda Ukrayna ilə döyüşməyəcəyik”.

Modern.az saytının verdiyi xəbərə görə bunu Rusiyanın müdafiə nazirinin müavini Anatoli Antonov “Komsomolskaya paravda” qəzetinə müsahibəsində deyib.

Nazir müavini bildirib ki, Ukrayna Rusiyaya düşmən dövlət deyil. Anatoli Antonov qeyd edib ki, Fransa və Almaniya rəsmi Kiyevin Ukraynanın cənub-şərqində əməliyyatlara başlamaması üçün öz təsirini göstərəcək.
O , Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə ümid etdiyini də söyləyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar