Sevgilisini öldürən oğlan: Kaş ki, fahişə olardı ... (FOTO)

30-04-2015, 16:22   

Türkiyədə sevgilisini öldürən gənc məhkəmədə verdiyi ifadələrlə hər kəsin marağına səbəb olub. ANS PRESS-in məlumatına görə, Kütahya vilayətində yaşayan 24 yaşlı İbrahim Keskin sevgilisi 22 yaşlı Azime Erdoğmuşu küçənin ortasında güllələyib.

Gənc oğlan əvvəlcə maşını saxlayıb və qızı avtomobildən düşürüb. Onu küçədə döyüb və ürəyindən iki dəfə güllə ilə vurub. Qız qan içində yerə yıxılıb. Oğlan isə maşına minərək gedib. Bir neçə metr getdikdən sonra avtomobili saxlayıb və geri qayıdaraq qızın başından güllələyib.

Polis tərəfindən saxlanılan İbrahim Keskin verdiyi ifadədə “əgər onu öldürməsəydim, fahişə olacaqdı” deyib. Lakin sonradan hərəkətindən peşan olduğunu deyən İ. Keskin cinayəti içkinin təsirindən törətdiyini bildirib.

“Azime ilə birlikdə maşında gedirdik. Birdən keçmiş sevgilim mənə mesaj göndərdi. Mesajı oxuduqdan sonra Azime dəli oldu. Mənimlə dalaşmağa başladı. “Sənin kişilik qürurunla oynayacağam. Elə edəcəyəm ki, dostlarının üzünə baxa bilməyəcəksən. Sənin bütün dostlarınla yatacağam. Yoldan ötənlə də yatacağam. Hər kəsə də, sənin sevgilin olduğunu deyəcəyəm” dedi", - deyə İbrahim Keskin bildirib.

Qatil əlavə edib ki, indi sevgilisini öldürdüyünə görə çox peşmandır: “Kaş ki, fahişəlik edərdi, amma sağ olardı”.

Məhkəmədə dövlət ittihamçısı İbrahim Keskin üçün ömürlük cəza istəyib.
Sevgilisini öldürən oğlan: Kaş ki, fahişə olardı ... (FOTO)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar