Soyuq Müharibənin başa çatmasından sonra NATO ilə Rusiya hərbi komandanlığı ilk dəfə birbaşa telefon əlaqəsi “Qaynar xətt”i bərpa edir.
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Frankfurter Allgemeine Sonntagszeutung” qəzeti NATO-dakı mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Moskva ilə rabitə əlaqəsi gizli şəraitdə aparılacaq, həmişə açıq qalacaq və daima yoxlanılacaq.
“Qaynar xətt”in yaradılması təklifi isə Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayerə məxsusdur.
Qeyd edək ki, 1962-ci ildə Karib böhranından sonra SSRİ ilə ABŞ-ın hərbi komandanlığı birbaşa rabitə əlaqəsinin qurulması barədə razılıq əldə etmişdilər.