Kişiləri dəli edən reklam çarxı (VİDEO,FOTO)

3-05-2015, 17:19   

Supermodellər Adriana Lima, Dautsen Kres, Coan Smolls və Nataşa Polinin çəkildiyi reklam çarxı gözlənilən effektin əksini verib.

ANS PRESS-in məlumatına görə, qadınlar üçün nəzərdə tutulan reklam çarxı İnternetə yerləşər-yerləşməz kişilərin böyük marağı ilə qarşılaşıb.

Seksual görünüşlü bu bahalı modellər İsveçin H&M geyim brendinin yeni bikini kolleksiyasının reklamında rol alıblar.

Döyüş filmlərini xatırladan reklam çarxının süjeti çox maraqlıdır; dünyanın 4 müxtəlif məkanında olan 4 model qəfil çağırış mesajı alırlar. Onlar bütün işlərini yarımçıq qoyaraq göstərilən yerə tələsirlər. Xanımlar tropik çimərlikdə görüşür və sonra da H&M bikinilərinin reklamına başlayırlar.

"H&M Summer 2015: Summer starts now!" adlı reklama çəkilən supermodellər "xüsusi təyinatlı agent" statuslu qadınlar rolunda çəkiliblər. Onlar London, Milan, Mayami və Santa-Dominikadan Karib hövzəsindəki adalardan birinə tələsirlər.

Reklam klipinin çəkilişinə 3 milyon avro ayrılıb.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar