Dövlət Baytarlıq Xidmətində dəyişiklik

3-05-2015, 20:27   
Dövlət Baytarlıq Xidmətində dəyişiklik
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əsas strukturlarından biri qurumun tabeçiliyindən çıxarılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” qərarında əksini tapıb.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Baytarlıq Təchizatı Birliyi qurumun tabeçiliyindən çıxarılıb, adı dəyişdirilərək Təchizat Bazası adlandırılıb. Təchizat Bazası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfat hesablı təşkilat kimi fəaliyyət göstərəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar