İŞİD-dən yeni ağlasığmaz qadağa və cəza

4-05-2015, 12:49   
İŞİD-dən yeni ağlasığmaz qadağa və cəza
İŞİD terror təşkilatı İraqın Kərkük vilayətində yeni qaydalar tətbiq edib.

Axar.az xəbər verir ki, terrorçular yerli əhalini İŞİD üzvlərinin geyindiyi paltarlardan istifadə etməyə məcbur edib. Qaydalara riayət etməyənlər isə 80 qamçı və ya 10 gün pulsuz işləməklə cəzalandırılacaq. Üçüncü dəfə isə güllələnmə cəzası tətbiq olunacaq.

Rudav-ın məlumatına görə, terrorçular bu addımla koalisiya qüvvələrindən yayınmağa, terrorçularla mülki əhali arasında vizual fərqi aradan qaldırmağa çalışır.

Xatırladaq ki, bir müddət öncə terrorçular Qərb tərzində paltarların istifadəsini də qadağan etmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar