İnformasiya təhlükəsizliyi və dövlət sirrinin qorunması - İctimai müzakirə

4-05-2015, 15:46   
İnformasiya təhlükəsizliyi və dövlət sirrinin qorunması - İctimai müzakirə
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İdarə Heyətinin növbəti iclası keçirilib.

İclasda 2015-ci ilin birinci yarısında BMAM-ın cari fəaliyyət planına uyğun olaraq görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib. BMAM sədri, politoloq Rufiz Qonaqov mərkəz qarşısında duran vəziflər ilə bağlı bildirib ki, Bakı-2015 Birnci Avropa Oyunlarına ictaimai dəstəyin təmin edilməsi, Bakıda və rayonlarda "İnformasiya təhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunması yollarının ictimai müzakirəsinin təşkili” adlı tədbirlərin keçirilməsi, "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının fəaliyətinin gücləndirilməsi bu ilin birinci yarısında BMAM qarşısında duran əsas vəzifələrdir.

Qərara alınıb ki, "İnformasiya təhlükəsizliyinin təminatı və dövlət sirrinin qorunması” adlı ilk ictimai müzakirə Bakı şəhərində aparıcı QHT, media rəhbərləri, millət vəkilləri və dövlət qrumlarının birgə iştirakı ilə 07 may saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilsin.

İndiyədək görülmüş işlərlə bağlı iclasda Mərkəzin katiblik rəisi Novruz Dadaşov BMAM sədri və İdarə Heyətinə geniş hesabat vermişdir.

BMAM katibliyinin hesabatı təsdiq olunaraq,katibliyə qarşıda duran vəzifələrlə bağlı cari tapşırıqla3r verilmişdir.

İdarə Heyətinin iclasında, eyni zamanda BMAM-da bir neçə yeni təyinatlar olunub.Belə ki, Fuad Füzuli oğlu Rəsulov və İdarə Heyətinin üzvü Eldar İqbal oğlu Orucov sədrin yeni müşavirləri təyin olunub. Əzizağa Hüseynağa oğlu Heydərov Mərkəzdə yeni təyinatı ilə əlaqədar sədrin müşaviri vəzifəsindən azad olunub./avropa.info/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar