Asiya İnkişaf Bankı (ADB) və Azərbaycan hökuməti arasında "Azərişıq" ASC-nin fəaliyyətinin yaxşılaşdırılması üçün dəyəri 1 mlrd. ABŞ dolları olan investisiya müqaviləsi imzalanıb.
Report xəbər verir ki, müqaviləni ADB tərəfindən vitse-prezident Vensay Zanq (Wencai Zhang), Azərbaycan tərəfindən isə maliyyə naziri Samir Şərifov və "Azərişıq" ASC-nin sədri Baba Rzayev imzalayıblar.
Müqaviləyə görə, ADB Azərbaycana 1 mlrd. dollar həcmində kredit ayıracaq.