Qadınların nəzərinə: xərçəng olmaq istəmirsinizsə…

6-05-2015, 12:32   

Yumurtalıq xərçəngi bütün dünyada getdikcə artmaqdadır. Mütəxəssislər tərəfindən aparılan araşdırmaya görə, bu riski doğuş sayını artırmaqla azaltmaq mümkündür.

Xərçəng növləri arasında daha çox öldürücü sayılan yumurtalıq xərçəngi qadınlar arasında geniş yayılıb. Hər il dünyada 500 min qadına bu diaqnoz qoyulur, onlardan 250 mini ölür. Diaqnoz qoyulan xəstələrin 75 %-də xəstəlik yumurtalıqdan kənara çıxmış vəziyyətdə olur.

Yumurtalıq xərçəngi olan qadınların yüzdə 75-i menopauza dövründədir. Orta görülmə yaşı 60-64 arasıdır. Bir qadının həyatı boyunca yumurtalıq xərçənginə tutulma riski 70-də birdir. Heç uşaq doğmamış qadınlarda bu risk daha yüksəkdir. Erkən mərhələlərdə xüsusi bir əlaməti olmasa da, aybaşı pozğunluğunu əlamət hesab etmək olar.

Uşaqlıq ağzı xərçənginin görülmə sıxlığı 35-39 və 60-64 yaşlar arasında artmaqdadır. 21 yaşına gəlmiş evli qadınlara hər 3 ildən bir uşaqlıq ağzı xərçənginin müayinəsi tövsiyə edilir.

Onu da qeyd edək ki, xoşxassəli şişlər xərçəng sayılmır, başqa bölgələrə yayılmır. Tamamilə çıxarıldığında isə yenidən təkrarlanmaq ehtimalı yoxdur. Bəd xassəli şişlər isə yaxın orqanlarla yanaşı, uzaq orqanlara da yayılır.

Lent.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar