Azərbaycanda broyler fabriklərində murdar olmuş toyuqlar satışa çıxarılır

6-05-2015, 13:32   

Türkiyə ərazisində toyuqlar arasında yüksək patogenli quş qripinin yayılması ilə əlaqədar Azərbaycanın Baş Dövlət Baytarlıq müfəttişi Sialə Rüstəmova bu gün sərəncam imzalayıb. 2015-ci il may ayının 5-i tarixindən Türkiyə Respublikasının Balikəsir və ona yaxın olan Kutahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar və Manisa bölgələrindən diri quş, quş məhsullarının və eləcə də damazlıq yumurtaların idxalının müvəqqəti dayandırılmasına göstəriş verilib.


Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov deyib ki, Azərbaycan ekspertizası yox dərəcəsindədir: "Ölkədə mövcud olan ekspertiza dünya ekspertizasının arxasınca sürünür. Bu vaxta qədər Azərbaycan ekspertizasının nəyi isə müəyyən etməsini görməmişəm. Quş qripi ilə bağlı yeni tədqiqatlarımız oldu. Belə ki, Azərbaycana gətirilən firmalardan birinin məhsulunu araşdırdıq və müəyyən etdik ki, quş qripinin yayıldığı ərazidən deyil. Müşahidə zamanı heç bir təhlükə aşkar etmədik. Lakin bir çox təhlükəli yerlərdən Azərbaycana məhsullar gətirilə bilər. Hökumət gərək bununla bağlı ciddi qabaqlayıcı tədbirlər görsün. Amma hal-hazırda satılan quş ətlərindən Azərbaycan istehlakçıları arxayın ola bilərlər.

Azərbaycan ekspertizası yaxşı olar ki, yerli broyler fabriklərinə diqqət yetirsinlər. Bəzi quşlar fabriklərdə kütləvi surətdə qırılır. Murdar olmuş quş ətləri satışa çıxarılır. Yaxşı olar ki, bu istiqamətdə işlər aparılsın".//deyerler.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar