Polislər elə mənzərə ilə qarşılaşdılar ki, şübhəlini yaxalamalı, yoxsa onu xilas etməli olduqlarına da qərar verə bilmədilər.
Qəribə hadisə ABŞ-ın Sietl şəhərində baş verib. Ayağı basketbol səbətinə ilişərək uzun müddət havada asılı qalan bir sakin asayiş keşikçilərinə də çətin anlar yaşadıb.
Basketbol səbətində nə axtardığı hər kəsə sirr olaraq qalan adamın bu vəziyyətə necə düşdüyü məlum deyil. Bir əlində çəkic olan amerikalı, ona kömək etməyə çalışan asayiş keşikçilərini də bir müddət yaxına buraxmayıb. Havada çırpınaraq ayağını basketbol səbətindən çıxarmağa səy göstərən sakinin bütün cəhdləri boşa çıxıb.
Əraziyə cəlb olunan 10-dan çox polis çətinliklə bu çılğın şəxsi sakitləşdirə bilib. Polislər onun qollarından yapışaraq, səbətdən asılı qalan bu şəxsin əl-qol atmasına imkan verməyib. Başqa bir polis isə nərdivanla basketbol səbətinə qalxaraq, onu bu məşəqqətdən xilas edib.
Adı açıqlanmayan amerikalı səbəbtdən yaxa qurtarsa da, asayiş keşikçilərindən yaxasını qurtara bilməyib. Onu nəzarətə götürən polislər bu şəxs haqqında hətta cinayət işi də qaldırıb. O, ən azından mülkiyyətə ziyan vurduğuna görə mühakimə olunacaq. Hələlik amerikalılar bu insanın baskebol səbətinin içinə necə düşdüyünü anlamağa çalışır.//atv.az[media=https://www.youtube.com/watch?v=wu7hG2ofTTc]