İnstagram-da “myassthetics” nikli bloqerin Qız qalasında lüt foto çəkdirərək yayması ilə bağlı məsələ araşdırılır.
“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun mətbuat xidməti day.az saytına açıqlama verib. Açıqlamada bildirilir ki, foto qurumun icazəsi olmadan çəkilib: “Bu haqda araşdırma aparılır. Bu adamın fotonu çəkməyə necə nail olduğunu aydınlaşdırmaq istəyirik. “İçərişəhər” rəhbərliyi araşdırmanın nəticələri barədə təcili xəbər verəcək”.