Koka-kola pasportla satılmağa başladı - Video

7-05-2015, 17:22   

Moskva və bəzi digər regionların mağazalarında koka-kola almaq istəyən alıcılardan pasport tələb edilir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı rus blogger Viktor Kadoçnikov yayıb. Onun sözlərinə görə, pasport təqdim etmədən həmin mağazalarda heç kimə koka-kola verilmir.

Qeyd edək ki, Rusiyanın bəzi regionlarında bir müddət əvvəl yetkinlik yaşına çatmayan şəxslərə tərkibində kofein olan sərinləşdirici içkilərin satışı qadağan olunmuşdu. Həmin siyahıda Koka-Kola, Pepsi, Dr.Pepper, Mountain Dev və hətta Rusiya içkisi olan Baykal brendlərinin adı yer almışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar