"Arsenal" əfsanəsi Tony Adams toyda "Nənəm sizə elçi gəlir" oynayır

7-05-2015, 17:36   
"Arsenal" əfsanəsi Tony Adams toyda "Nənəm sizə elçi gəlir" oynayır
Britaniya qəzeti "Arsenal" futbol klubunun əfsanəsi Toni Adamsın Azərbaycan toyunda rəqsindən yazıb.

Britaniyanın "Daily Mirror" qəzeti yazır ki, "bir vaxtlar Toni Adams əllərini yalnız bir halda yuxarı qaldırardı: oyundankənar vəziyyəti göstərmək üçün".

"Amma bu videodan göründüyü kimi, indi o, Azərbaycan toyunda heç nəyə məhəl qoymadan əl-qolunu atır" - yazır "Mirror".

Xəbərdə deyilir ki, İngiltərə millisinin keçmiş müdafiəçisinin rəqsinə hər bir ingilis qibtə edə bilər.

"Bəs o, Azərbaycanda nə edir?" - deyə qəzet soruşur və özü də cavab verir: "Gözəl sualdır. O, hazırda Azərbaycanın yüksək liqasında oynayan "Qəbələ" klubunun idman direktorudur. O, 2010-cu ildə Qəbələyə artıq bir il menecerlik edib, indi təkrar ora - vəzifəyə qayıdıb".

Tony Adamsa İngiltərədə ona görə "əfsanə" deyirlər ki, o, "Arsenal" futbol klubundakı 22 illik karyerası ərzində 669 dəfə meydançaya çıxıb.

Qəzet yazır ki, toydakı qonaqlardan biri Adamsı zürafəyə bənzədib.

"Amma çətini başlamaqdır, - deyib həmin qonaq. Cənab Toni bir balaca məşq eləməlidir" - yazır "Mirror".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar