Pentaqonun əməkdaşları dövlət xərcləri üçün nəzərdə tutulmuş kredit kartlarını şəxsi əyləncələri üçün sərf ediblər.
Avropa.info xəbər verir ki, pullar daha çox mərc oyunlarına və böyüklər üçün nəzərdə tutulmuş əyləncə yerlərinə sərf olunub. Bu haqda ABŞ Müdafiə Nazirliyində mənbəsinə istinad edən CNN kanalı məlumat yayıb.
Nazirliyin əməkdaşlarının 1 milyon dollar pulu qumara, 96 dmin olları isə fahişə xidmətinə sərf etdiyi məlum olub.
Pentaqon nümayəndəsi bildirib ki, əməkdaşlarının bu hərəkəti onların peşə dəyərləri ilə uyğun gəlmir. Pulları təyinatı üzrə xərcləməyən şəxslərin əksəriyyəti intizam cəzasına məruz qalıb.