Fidel Kastronun gizli adada məşuqələri ilə əyləndiyi üzə çıxdı

8-05-2015, 15:24   
Fidel Kastronun gizli adada məşuqələri ilə əyləndiyi üzə çıxdı
Kubanın sabiq lideri Fidel Kastronun gizli adada məşuqələri ilə birgə yaşaması faktı üzə çıxıb. Modern.az saytı Qərb mətbuatına istinadən xəbər verir ki, “Fidel Kastorunu ikili həyatı: El Lider Maximonun şəxsi mühafizəçisi kimi 17 ilim” kitabının müəllifi Xuan Reynaldo Sançes bu barədə öz kitabında yazıb. Mayın 12-də satışa çıxarılan kitab “ST Martin`s Press” nəşriyyatı tərəfindən çap olunub.
İddia olunur ki, həmin gizli ada “Kayo-Pedra” adasıdır. “Tropik cənnət” adlanan adada Kastronun öz məşuqələri, o cümlədən Daliya Soto del Valye ilə yaşadığı bildirilir. Kuba liderinin insanlardan öz sevgililərini və Aquama II adlı yaxtasını gizlətdiyi də məlumdur.

Xuamn Reynaldo Sançes 17 il ərzində Kastronun mühafizəçisi olduqdan sonra vəzifəsindən getmək istəmişdi. Buna görə də onu 2 il müddətinə həbsə salmışdılar. Sonralar ABŞ-a sığınan Reynaldo Sançes Kuba liderinin gizli adasını Almaniya Demokratik Respublikasının prezidenti Erik Honnekerin və CNN-nin təsisçisi Ted Ternerin də ziyarət etdiyini kitabında yazıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar