Obamanın sevgi macərasından film çəkilir

8-05-2015, 18:34   

ABŞ Prezidenti Barak Obama haqda çəkiləcək filmin detalları açıqlanıb. Axar.az “Variyeti”yə istinadən xəbər verir ki, filmin çəkiləcəyi tarix, rejissor və Obama rolunda çəkiləcək aktyor müəyyən olunub. Amerikalı aktyor Parker Soyers prezidentlə xanımı Mişel Obamanın tanışlıq və sevgi macərasına həsr olunacaq filmdə Barak Obama rolunu canlandıracaq. “Southside With You” (Səninlə cənub) adlanan film prezidentlə xanımı Mişel Obamanın 1989-cu ildə baş tutan ilk görüşündən başlayaraq onların eşq macəralarını özündə əks etdirəcək. Xatırladaq ki, öncə Mişel Obama roluna aktrisa Tika Stmpterin çəkiləcəyi haqda yayılan məlumatlar filmin rejissoru tərəfindən təsdiqlənmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar