Pakistanın şimalındakı Naltar şəhərində Pakistan ordusuna məxsus vertolyotun qəza anı həvəskar kamera ilə lentə alınıb. Qeyd edək ki, Mİ-17 tipli vertolyotun qəzaya uğraması zamanı 2 pilot, Filippin və Norveçin İslamabad səfirləri, Malayziya və İndoneziya səfirlərinin xanımları həyatını itirib. Polşa və Hollandiya səfirləri isə yaralanıb. Helikopterdə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov da uçmalıymış. Amma o, son anda uçuşdan imtina edib. Teleqraf.com həmin görüntüləri təqdim edir: [media=https://www.youtube.com/watch?v=Rk1XJ3mcgBI]