İcra başçısının oğluna 6 il yarım həbs cəzası istənildi

8-05-2015, 21:04   
İcra başçısının oğluna 6 il yarım həbs cəzası istənildi
Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayon icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərlinin işi üzrə proses mayın 8-də dövlət ittihamçısının çıxışı ilə davam edib. Söhbət ötən il sentyabrın 29-da baş vermiş və “Mc Donald’s”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümünə səbəb olmuş yol qəzası üzrə məhkəmə prosesindən gedir.

Mayın 8-də keçirilən prosesdə zərərçəkən Maqsud Mirzəyev məhkəmə heyətinə və dövlət ittihamçısına etiraz edib. Lakin onun vəsatəti təmin edilməyib.

Bundan sonra dövlət ittihamçısı çıxış edib. O, iş üzrə təqsirləndirilən İlham Əsgərliyə 6 il 6 ay, Əhliman Süleymanova (qəza iştirakçısı olan yük avtomobilinin sürücüsü) 6 il həbs cəzası istəyib.

Əhliman Süleymanovun vəkili buna etiraz edib. O bildirib ki, Ə.Süleymanova təqsirləndirildiyi maddə üzrə cəzanın maksimum həddi istənilib, onunla bağlı yüngülləşdirici hallar nəzə alınmayıb.

Ə.Süleymanovun atası isə “Azadlıq” qəzetinə deyib ki, oğluna ağır cəza veriləcəyi halda özünü Səbail RİH qarşısında yandıracaq.

Məhkəmədən daha ətraflı məlumat verəcəyik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar