Bu gün alman faşizmi üzərində tarixi qələbədən 70 il keçir.
1939-cu il sentyabrın 1-də faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edir. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya Müharibəsi başlayır. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası SSRİ-yə hücum edir.
Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Məhz Bakı neftinin müharibənin gedişi üçün həlledici rol oynadığını bilən Hitler 1942-ci ilin sentyabrına kimi Bakının tutulması tapşırığını verir.
Faşist Almaniyasının Qafqaza hücumu və Hitlerin feldmarşal Manşteynə Bakı ilə bağlı dediyi tarixi sözləri Axar TV-nin təqdim etdiyi süjetdə:
[media=https://www.youtube.com/watch?v=17OmESFBOHA]