Rusiya Prezidenti Vladimir Putin Gürcüstan və Ukrayna əhalisini faşizm üzərində qələbənin 70 illiyi münasibəti ilə təbrik edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Tvitter hesabında məlumat yayılıb. Qeyd edilir ki, Rusiya və Gürcüstan münasibətləri 2008-ci ilin avqustundan sonra kəskinləşmişdi. Belə ki, Cənubi Osetiyanın Gürcüstan tərəfindən artilleriya atəşinə məruz qalması münaqişəyə Rusiyanın qarışmasına gətirib çıxarmışdı. 58-ci Rusiya ordusunun gürcü hərbçilərini sıxışdırmasından sonra Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımışdı. Ukrayna ilə Rusiya münasibətləri isə ötən il Krımın ikincilərin tərkibinə keçməsi ilə korlanmışdı.