Bakı avtobusunda “qeyrət şilləsi”

9-05-2015, 23:01   
Bakı avtobusunda “qeyrət şilləsi”
Bakıda avtobusda inanılmaz hadisə yaşanıb

Paytaxtın “Neftçilər”dən Qaraçuxur qəsəbəsinə işləyən 66 nömrəli avtobusda qəfil şillə səsi hər kəsi diksindirib.

Yenilik.Az xəbər verir ki, Milli.Az-ın məlumatına görə, avtobusa daxil olan şəxs qəfildən əyləşmiş qız və oğlana hücum edib. Oğlana qızla oturuş formasını irad tutan adam onu döyüb. Əvvəlcə oğlana güclü şillə vuran şəxsi ətrafdakı insanlar ayırmağa çalışsalar da, həmin şəxs bir neçə dəfə gənc oğlanın başına yumruqla və üzünə xeyli zərbələr endirib.

Hadisə dünən axşam saat 20:35 radələrində baş verib. Daha sonra oğlan və qız avtobusdan düşərək kiməsə zəng ediblər. Onlara vəhşicəsinə hücuma keçən şəxs isə elə həmin avtobusda yoluna davam edib.

Təxminən 30-35 yaş arasında olan şəxs hücumunu onunla əlaqələndirib ki, gənclər ictimai nəqliyyatda özlərini çox pis aparıblar və başlarını bir-birinə söykəyiblər.

Milli.Az əlavə edir ki, oğlan və qızın ətrafdakılara pis təsir edəcək bir hərəkətləri olmayıb. Onlar, sadəcə, gənc sevgili kimi əl-ələ oturublar.
Sevgilərinin bədəlini isə ağır ödəyiblər.

Belə “qeyrət təssübkeşləri”nin olduğu cəmiyyətdə sevmək də kifayət qədər cəsarət tələb edir.

Görünür, sevmək fikrinə düşən gənclər bundan sonra yalnız sevgilisinin qəlbini qazanmaq üçün mübarizə aparmamalıdırlar, həm də belə “namus dağarcıqları”ndan müdafiə olunmalıdırlar.

Anlayacağınız sevmək üçün iki cəbhədə vuruşmaq gərəkir artıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar