Xalq artisti Aygün Kazımova ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümümünə həsr olunmuş "Gül bayramı" və Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 70-ci ildönümü münasibətilə keçirilən konsertdə səhnəyə çıxıb.
Oxu.Az-ın Axşam.az-a istinadən məlumatına görə, müğənni qısa ətəyi ilə diqqət çəkib.
Media nümayəndələrinə açıqlama verən A.Kazımova sevənlərinə sürprizlər hazırladığını vurğulayıb:
"Yeniliklərim və sürprizlərim çoxdur. Danışsam bir gün bəs etməz. Hələ ki, başım "Maşın" şouya qarışacaq. Dostum Murad Dadaşovun dəvəti ilə yarışmada iştirakı qəbul etdim. Qismət kimindirsə, o da qazanacaq".