“McDonalds”ın rəhbəri icra başçısının oğlunun həbsindən danışdı

12-05-2015, 13:18   

Məhkəmə obyektiv hökm çıxardı”

“McDonalds Azərbaycan”ın rəhbəri Maqsud Mirzəyev oğlu Sənan Mirzəyevin ölümündə təqsirli bilinə İlham Əsgərlinin və Süleyman Əhlimanovun həbsinə münasibət bildirib.

O, Modern.az saytına açıqlamasında bildirib ki, məhkəmə oğlunun ölümündə təqsirli bilinən sürücülər barədə obyektiv hökm çıxarıb:

“Mən oğlumu itirmişəm. İlham Əsgərli həbs müddətini bitirdikdən sonra evinə qayıdacaq. Amma mənim oğlum heç vaxt evə qayıtmayacaq. Sadəcə olaraq, fəxr eləyirəm ki, azərbaycanlıyam. İstəyirdim ki, məhkəmə Azərbaycan qanunları əsasında obyektiv və ədalətli qərar çıxarsın. Əgər məhkəmə belə məsləhət gördüsə, demək belə də olmalı idi. İlk gündən belə bir qərarın çıxarılmasını gözləyirdim. Məhkəmə də ədalətli qərar qəbul edib”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar