Kim Çen bibisini öldürüb – Foto

12-05-2015, 13:28   
Kim Çen bibisini öldürüb – Foto
Şimali Koreya lideri Kim Çen İn ötən ilin mayında bibisi Kim Hen Hini zəhərlədərək öldürtdürüb. Axar.az xəbər verir ki, bu barədə uzun müddət Şimali Koreyada yüksək vəzifədə çalışan və daha sonra ABŞ-a qaçan “Park” ləqəbli şəxs CNN kanalına müsahibəsində deyib. O, Kim Çenin uzun müddət bibisinin ölümünü gizlətməyə çalışdığını bildirib: “Kim Çen ötən ilin mayında bibisini zəhərlədərək öldürtdürüb. Bu hadisəni yalnız “Birlik 974” xüsusi xidmət orqanı bilirdi. Lakin daha sonra ölkənin digər yüksək rütbəli şəxsləri də Kim Çenin bibisini zəhərlətdiyini öyrəndilər”. Qeyd edək ki, Kim Çen ölkənin ikinci adamı və bibisinin həyat yoldaşı olan Çan Sonq Thaeki 2013-cü ilin dekabrında dövlət çevrilişi hazırlamaqda ittiham edərək güllələtdirib. Bir müddət sonra isə Cənubi Koreya mətbuatı Kim Henin ərinin edamından sonra insult keçirərək öldüyünü yazıb. Lakin Cənubi Koreya xüsusi xidmət orqanları bu məlumatı təkzib ediblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar