Meyxanaçı Samirəni öldürmək istədilər (VİDEO)

13-05-2015, 11:59   
Meyxanaçı Samirəni öldürmək istədilər (VİDEO)
Tanınmış qadın meyxanaçı Samirə Yusifqızını kim öldürmək istəyib? O, sevdiyi şəxsə nə üçün qovuşa bilməyi?

Meyxanaçı eşitdiklərindən şoka düşdü. Buna səbəb isə onun ANS-də yayımlanan "Məchulu tapın" proqramında eşitdikləri olub. Ekstrasensin onun şəxsi həyatı haqqında dedikləri isə qadın meyxanaçını həyəcanlandırıb.

Onun "bu qadın sevib, amma valideynləri ona ərə getməyə izn verməyib. Amma, bəlkə, indi də sözündən çıxa bilmir", deməyi isə Samirə Yusifqızını şoka salıb. "Daha mənim sözüm yoxdur", - deyən meyxanaçı qadın heyrətini gizlədə bilməyib.

Kriminalist isə meyxanaçının kriminal keçmişinin olduğunu deyib. S. Yusifqızı da etiraf edib ki, vaxtilə onu öldürmək istəyiblər. Ekspert Gülayə Səfərli də meyxanaçıya ehtiyatlı olmağı məsləhət görüb.

Tanınmış simanın həyatı haqqında heç kimin bilmədikləri üzə çıxacaq. Bu gün saat 19:00-da ANS-də "Məchulu tapın"ı qaçırmayın.

Qeyd edək ki, "Məchulu tapın" verilişində studiyaya dəvət olunan məşhur qonaq, 5 xüsusi qabiliyyətli ekspert tərəfindən tədqiq olunur. Ekspertlərin hər biri öz peşələrinin ən yaxşı nümayəndələri olan kriminalist, xiromant, psixoloq, parapsixoloq və ekstrasensdir. Ekspertlərin qarşılarında duran vəzifə, onlara məchul qalan qonağın kimliyini tapmaqdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar