Leyla Əliyeva əkizləri ilə ağacəkmə aksiyasında - fotolar

13-05-2015, 12:06   

Mayın 12-də “Yaşıl Marafon” layihəsi çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində bir milyonuncu ağac əkilib.
Axşam.az-ın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.
Əvvəlcə Leyla Əliyeva IDEA İctimai Birliyinin dəstəyi ilə Zirədə tikilmiş müasir istixana kompleksi ilə tanış olub.
İstixanada yaradılan şəraitlə tanışlıqdan sonra IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi. Heydər Əliyev Fondunun vitse-prezidenti “Yaşıl Marafon” layihəsi çərçivəsində bir milyonuncu ağacı əkdi.
Ağacəkmə aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ümumilikdə bu ərazidə IDEA İctimai Birliyinin 100-ə yaxın könüllüsü tərəfindən 5 min ağac əkilib. Kampaniyaya böyüklərlə yanaşı, balacalar da qoşulmuşdu.
IDEA İctimai Birliyi ölkəmizin yaşıllaşdırılmasına xüsusi diqqət göstərir və nəticədə son 4 il ərzində Azərbaycanda 4 milyondan artıq müxtəlif növ ağac əkilib.
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yaradılmaqda olan IDEA ekoparkı ilə də tanış oldu, burada Azərbaycanda nəsli kəsilməkdə olan heyvanlar üçün yaradılan şəraitlə maraqlandı.
IDEA İctimai Birliyi qonur ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbirini (“Qafqazın Böyük Beşliyi”) Qafqazda nəsli kəsilmək təhlükəsi ilə qarşılaşan növlər kimi müəyyən edib. Təşkilat nəsli kəsilməkdə olan heyvanların qorunması istiqamətində indiyədək bir sıra aksiyalar həyata keçirib.







Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar