Hacı İbrahimin həbsi xəbərində yeni detal – Özəl

13-05-2015, 14:31   
Hacı İbrahimin həbsi xəbərində yeni detal – Özəl
Hacı İbrahim Nehrəmlinin həbsi ilə bağlı yayılan məlumatın səbəbi üzə çıxıb. Axar.az xəbər verir ki, “Avesta” konserninin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin saxlanılması xəbərinin arxasında onun Beynəlxalq Bankdan götürdüyü kredit dayanır. Belə ki, Hacı İbrahim Beynəlxalq Bankdan külli miqdarda kredit götürüb. Mənbənin sözlərinə görə, kreditin ödənilməsində hər hansı problem olmasa da, Hacı İbrahim hüquq-mühafizə orqanlarına məhz bu məsələ ilə bağlı dəvət olunub. Mənbənin sözlərinə görə, Hacı İbrahimin həbsi ilə bağlı yayılan xəbərin əsasında bu dayanır, amma o, həbs olunmayıb. Xatırladaq ki, vinegret.az saytı məşhur iş adamı Hacı İbrahimin həbsi ilə bağlı xəbər yayıldığı barədə məlumat verib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar