Xəbər verildiyi kimi, mayın 12-də Soçidə ABŞ-ın dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşüb. Tərəflər bir sıra regional və ikitərəfli münasibətlərdə aktuallıq kəsb edən məsələləri müzakirə ediblər.
Mövzunu diqqətdə saxlayan beynəlxalq mediada belə bir sual ortaya çıxıb: görəsən Con Kerri prezident Barak Obamadan Putinə onun şəxsi bir mesajını aparıbmı? Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev bu məqama hələlik aydınlıq gətirməyib.
Belə ki, jurnalistlər üçün keçirdiyi ənənəvi brifinqdə Ağ Evin mətbuat katibi Coşua Ernest faktiki olaraq bu mövzuda birbaşa sualdan yayınıb. “Mən bilmirəm, o şəxsi mesaj aparıbmı”, - deyə administrasiya rəsmisi qeyd edib.
Musavat.com