Dollar dünya valyutalarına nisbətdə ucuzlaşır.
ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın pərakəndə valyuta satışı üzrə statistikasına nəzər salmaqla müşahidə etmək olar.
Bu tendensiya 1 aprel tarixindən sonra daha çox hiss edilir. Avro dollara nisbətdə getdikcə möhkəmlənir. Son göstəricilərə əsasən, avro dollar qarşısında 0,17% bahalaşıb. Hazırda 1 avro 1,1373 dollara bərabərdir.
Qeyd edək ki, ABŞ Ticarət Nazirliyi ölkədə pərakəndə satışlar üzrə hesabat dərc edib. Ekspertlər dolların satışında 0,2%lik artım gözləsə də, son hesabatda artım olmadığı qeyd edilib.
Mənbə
ANS PRESS