Evli kişini qaçırdığı qızla birgə tonqalda yandırdılar

14-05-2015, 18:29   
Evli kişini qaçırdığı qızla birgə tonqalda yandırdılar
Hindistan kəndlərinin birinin sakinləri 16 yaşlı yeniyetmə qızı qaçdığı 36 yaşlı kişi ilə birgə ölümünə döyüb, sonra isə tonqalda yandırıblar. Musavat.com-un mignews-a istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb.

Bixaya ştatının polis əməkdaşları bildiriblər ki, kişini və gənc qızı ikincinin qohumları linç ediblər. O da məlum olub ki, 36 yaşlı kişi evli olub.

Qeyd edək ki, Hindistan qanunlarına görə, yeniyetməlik yaşı 21-dən başlayır.

Polis 6 nəfərə qarşı cinayət işi qaldırıb. Lakin hələlik onlardan yalnız biri həbs edilib.

Əlavə edək ki, Hindistanda “namus naminə” qətllər tez-tez baş verir.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar