“Qara polkovnik”in oğlu Bakıda saxlanıldı

15-05-2015, 11:15   
“Qara polkovnik”in oğlu Bakıda saxlanıldı
Azərbaycan Beynəlxalq Bankının Dubay filialının rəhbəri Adil Hüseynov Bakıda saxlanılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə virtualaz.org saytı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər yayıb. Yeri gəlmişkən, A.Hüseynovun saxlanılması barədə informasiya az öncə “Azadlıq” tərəfindən də yayılmışdı.

Məlumatda deyilir ki, Dubayda yaşayan Adil Hüseynovu Bakıya çağırıblar, burada isə o, DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb.

Adil Hüseynovun saxlanılması azərbaycanlı kredit oliqarxlarının bir neçə gün öncə başlayan həbs dalğası ilə əlaqələndirilir. A.Hüseynovun mənzilində və iş otağında axtarışlar aparılıb.

Yada salaq ki, A.Hüseynov xalq arasında “qara polkovnik” kimi tanınan əfsanəvi polis zabiti Fətullah Hüseynovun oğludur. Polkovnik Fətullah Hüseynov digər polkovnik Hacı Məmmədovun bandası tərəfindən qətlə yetirilib.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar