Baş müşavir qarət olundu

16-05-2015, 01:29   
Baş müşavir qarət olundu
Türkiyənin sabiq nəqliyyat naziri, hazırda prezident Rəcəb Tayyib Ərdoğanın siyasət məsələləri üzrə baş müşaviri olan Binali Yıldırımın evinə oğrular girib.

ANS PRESS-in məlumatına görə, hadisə Yıldırımın, Ankaranın Kazan rayonunda 1 akr torpaq ərazidə tikdirdiyi 1 otaqlı evdə baş verib.

Ətrafdan diqqəti cəlb etməmək üçün həyətə yük maşını ilə girən oğrular evin qapısını sındıraraq içəridən əsasən mebel və məişət əşyalarını aparıblar.

Bildirilir ki, Binali Yıldırım burda yaşamadığından evdə pul və bahalı qızıl-zinət əşyası olmayıb. Yıldırım bu evin həyətyanı sahəsində hobbi kimi təsərrüfat işləri ilə məşğul olurmuş.

Hadisədən xəbər tutan yerli jandarm faktla bağlı araşdırmalara başlayıb və oğruların tapılması istiqamətində əməliyyat davam edir.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar