Kadırovun prezident administrasiyasının başçısı Məhəmməd Daudov Rusiyada çoxarvadlılığı qanuniləşdirməyə çağırıb.
Avropa.info xəbər verir ki, çeçen rəsmisi çox qadınlı münasibətlərin Rusiyada geniş hal aldığını, bu səbəbdən bu münasibətləri qanuni hala salmağın yaxşı olacağını deyib.
Daudova görə çoxarvadlılıq qanuni hal alacağı halda şəriət qaydaları nəzərə alınmalıdır. Kişi ikinci arvad almaq istəsə, mütləq onu maddi cəhətdən saxlamaq imkanlarına malik olmalıdır.
Çoxarvadlılıq təklifi 47 yaşlı çeçen hüquq-mühafizə işçisi Najud Quçiqovun 17 yaşlı Luiza Qoylabiyeva ilə ailə qurmasından sonra Çeçenistanda daha da aktuallaşıb.
Daha əvvəl xəbər verilir di ki, Quçiqovun artıq bir arvadı və oğlu var. Lakin nikah idarəsi onun rəsmi nikahda olduğu haqda məlumatı təsdiqləməyib.