Bakıda düzgün seçilməyən bina fasadı ucbatından daha bir yanğın baş verib.
Haqqın.az bildirir ki, fasadların hazırlanması zamanı poliuretan maddəsindən istifadə edilir. Bu fasadlarını idxal edən şirkət “Global Construction”-dır. Bəs poliuretan maddəsi nədir? Bu plastmas materialın 97 faiz hissəsi qaz kürəciklərindən ibarətdir. Mərmər üzlük isə yüksək hərarətlə ona birləşdirilir.
Poliuretan maddəsinin yanğın təhlükəsi olduqca yüksəkdir. Yanması zamanı zəhərli qaz ixrac olunur. Yanğın zamanı poliuretanın hərarəti 325-345 dərəcəyə qalxır.
Musavat.com-un əməkdaşı internet üzərindən axtarış aparıb “Global Construction”-ın əlaqə nömrələrini əldə etsə də, telefonlar cavab verməyib. Şirkət Bakı şəhəri, A.Gəraybəyli küçəsi, 23a ünvanda yerləşir.
Bildirilir ki, “Global Construction”a daxil olan “Global Stone” MMC regionda poliuretan fasad örtüyünün yeganə istehsalçısıdır. ““Global Stone” şirkətinin məhsullarının çeşidi binaların fasadlarının dizaynları üzrə geniş imkanlar yaradır. Şirkətin məhsulları Azərbaycanda ilk dəfə olaraq “TÜV-AUSTRİA” tərəfindən CE Avropa uyğunluq sertifikatına layiq görülüb”,- deyə saytda bildirilir.
Musavat.com