Aralıq dənizində Çinlə birlikdə nəhəng manevr reallaşdıran Rusiya eyni vaxtda Xəzər dənizində də təlimlərə başlayıb. Axar.az xəbər verir ki, 6 döyüş gəmisi və köməkçi gəmilərin yer aldığı təlimlər bir neçə gün davam edəcək. Rusiya Cənub-Şərqi Hərbi Bölgəsinin mətbuat mərkəzindən verilən açıqlamaya görə, təlimlərdə məqsəd rus döyüş gəmilərinin düşmən gəmi və döyüş təyyarələrinə qarşı döyüş effektivliyini artırmaqdır.