Bağdadidən qorxunc iddia: “Sonra Kərbəla...”

19-05-2015, 20:14   

İŞİD lideri Əbubəkr Bağdadinin yeni səs yazısı yayılıb. Axar.az xəbər verir ki, Bağdadi İraqın Ramadi şəhərindən sonra hədəf kimi paytaxt Bağdad və Kərbəlanı göstərib. Rudav-ın məlumatına görə, səs yazısında Ramadi şəhərinin işğalından bəhs olunur. Daha sonra özünü İŞİD lideri Əbubəkr Bağdadi kimi təqdim edən şəxs Bağdad və Kərbəlanın tez bir zamanda işğal olunacağını deyib. Kərbəla şiələrin ən müqəddəs məkanlarından biridir. Xatırladaq ki, bir müddət öncə Əbubəkr Bağdadinin ölüm xəbəri yayılmışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar